Dünya

Şoyqu: Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır

25 may / 12:53 1 dəq
646f1cd9c8451646f1cd9c8452168500348125a27d6dbb6e661e35dbe98eb4d25a74
25 may / 12:53
Burada sizin reklamınız ola bilər

Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

“Qərb Xəbər”xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

 

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – Şoyqu qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər