Sosial

SOS! Ölkə üzrə 300 min şəkərli diabet xəstəsi var – AÇIQLAMA

8 fevral / 12:22 1 dəq
QAN analizi
8 fevral / 12:22
Burada sizin reklamınız ola bilər

Azərbaycanda 300 minə yaxın şəkərli diabet xəstəsi var.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva məlumat verib.

“Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır”, – deyə o əlavə edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər