Kateqoriyasız

Son sutkada 1769 nəfər yoluxub

13 avqust / 16:37 1 dəq
B49a38d0 33fb 39ee 8548 1ef26862072b
13 avqust / 16:37
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəstə sayı 18707 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, ötən müddət ərzində isə ümumilikdə 4 178 108 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər