Şolts Ukraynaya 18 Leopard tankının çatdırıldığını təsdiqləyib
Almaniya kansleri Olaf Şolts Hollandiyanın baş naziri Mark Rutte ilə danışıqlardan sonra Rotterdamda keçirdiyi mətbuat konfransında Ukraynanın Almaniyadan 18 ədəd “Leopard 2A6” tankı aldığını bildirib.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Almaniya mətbuatı məlumat verib.
“Biz tankları elan edildiyi kimi çatdırdıq” – kansler vurğulayıb.




