Dünya

Sırski Ukrayna Silahlı Qüvvələrinin müdafiəyə keçdiyini açıqlayıb

14 fevral / 09:16 2 dəq
65cbbc4e59b1065cbbc4e59b11170785083065cbbc4e59b0e65cbbc4e59b0f
14 fevral / 09:16
Burada sizin reklamınız ola bilər

Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələri ilə təmas xəttində hücum əməliyyatları keçirmək cəhdlərindən müdafiəyə keçib.

“Qərb Xəbər” məlumat verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ZDF alman telekanalına müsahibəsində deyib.

Sırski hazırda cəbhədəki vəziyyəti ağır adlandırıb. “Biz hücum əməliyyatından müdafiə əməliyyatına keçdik”, – deyə o qeyd edib.

O əlavə edib ki, Kiyev üçün müharibənin son məqsədi 1991-ci il sərhədlərinə çatmaqdır. Hərbçinin fikrincə, bunun üçün Ukrayna birləşməli və öz silah istehsalını artırmalıdır.

Bundan əlavə, Sırski etiraf edib ki, Ukrayna ordusu ciddi sursat və hərbi texnika çatışmazlığı ilə üzləşib.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən uzaqlaşdıraraq bu vəzifəyə əvvəllər Quru Qoşunlarının komandanı olmuş Aleksandr Sırskini təyin edib.

Paylaş
Burada sizin reklamınız ola bilər