Kateqoriyasız

“Sınıq Körpü” sərhəd-keçid məntəqəsi iki saat işləyəcək

25 mart / 14:32 1 dəq
8a5f21ae ba5e 4c77 8e97 2b97a50f29b4
25 mart / 14:32
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq. 

Paylaş
Burada sizin reklamınız ola bilər