Qafqaz

Simonyan: Azərbaycan Ermənistanın,Ermənistan da Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatçısıdır

Dünən / 21:28 2 dəq
Alen simonyan
Dünən / 21:28
Burada sizin reklamınız ola bilər

Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatçısı Ermənistandır, Ermənistanın təminatçısı isə Azərbaycandır.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O qeyd edib ki, Ermənistanda tez-tez “təminatçı” məsələsi müzakirə olunur:

“Milli Assambleyadakı müxalif tərəfdaşlar bəzən “təminatçınız kimdir? Azərbaycan sizin təminatçınızdırmı?” sualını verirlər. Onlar hətta nədən danışdıqlarını belə başa düşmürlər. Dünyada yeni, davam edən və dərinləşən müharibələrin getdiyi bir vaxtda Ermənistan və Azərbaycan elə bir nöqtəyə çatıb ki, biz mövqelərimizi gücləndirməliyik. Çünki bir çox qüvvələr Azərbaycan ilə Ermənistanı, ən azı, bir-birinə qarşı müharibəyə cəlb etmək istəyir. Bu, açıq və aydındır. Bu, o qədər aydındır ki, hesab etmirəm ki, bu barədə danışmağa ehtiyac var”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər