Dünya

Şimali Kipr Prezidenti bu gün Azərbaycana səfərə gəlir

12 oktyabr / 12:37 1 dəq
2e8ae63e 98ad 3d6b bb1a ef1f86379a4d
12 oktyabr / 12:37
Burada sizin reklamınız ola bilər

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.

“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.

E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər