Şimal bölgəsində güclü külək FƏSADLAR TÖRƏTDİ: Elektrik naqilləri QIRILDI, binanın dam örtüyü UÇDU
Güclü külək Şəkidə fəsadlar törədib.
Qerbxeber.com -un“Report”-a istinadən məlumatına görə, rayon ərazisində bu gün axşamdan başlayan küləkli hava şəraiti səbəbindən şəhərin mərkəzində ağac aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək, həmçinin şəhərin mərkəzində yerləşən yaşayış evinin damını yararsız hala salıb. Aidiyyəti qurumların əməkdaşları hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.




