Dünya

Si Cinpin Baydenə Tayvanla bağlı planlarını açıqlayıb

21 dekabr / 09:13 1 dəq
658372c394580658372c3945811703113411658372c39457c658372c39457e
21 dekabr / 09:13
Burada sizin reklamınız ola bilər

Çin Sədri Si Cinpin San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Si Cinpin bu planların həyata keçirilməsi ilə bağlı dəqiq vaxt deməyib.

Çin Sədri bunun güc yolu ilə deyil sülhlə həyata keçiriləcəyini açıqlayıb.

O, həmçinin Baydenə ABŞ-nin Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.

Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər