Dünya

Seyran Ohanyana cinayət işi açılacaq

10 iyun / 09:00 1 dəq
Indir 2025 06 10t090016.300
10 iyun / 09:00
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan baş prokuror Anna Vardapetyanın Seyran Ohanyan və Artsvik Minasyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatətini təmin edib.

Qerbxeber.com xəbər verir ki, artıq “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işi başlana bilər.

Parlament sədrinin mətbuat katibi, baş prokuror Anna Vardapetyanın artıq parlamentin Alen Simonyana müvafiq ərizə ilə müraciət etdiyini bildirib. Belə ki, parlament gizli səsvermə yolu ilə cinayət təqibinə razılıq verməlidir.

Qeyd edək ki, söhbət 2010-2015-ci illərdə Qeqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir.

Ohanyan müdafiə naziri olarkən bu torpağı mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.

Minasyan isə 2016-2018-ci illərdə Təbiəti Mühafizə naziri olarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət vermək üçün tədbirlər görməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər