Kateqoriyasız

Sergey Rudskoy: Tərəflər tutduqları mövqelərdə qalıblar

11 noyabr / 14:02 1 dəq
755246538666171
11 noyabr / 14:02
Burada sizin reklamınız ola bilər

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

“Qərb Xəbər”in TASS agentliyinə istinadən məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə bu barədə danışıb.

O bildirib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.

S.Rudskoy əlavə edib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir.

Paylaş
Burada sizin reklamınız ola bilər