Serbiya hökümətində Rusiyayönlü siyasətçilər istefaya göndərilir
Serbiya Baş naziri Duro Masut bir sıra rusiyayönlü siyasi rəsmiləri istefaya göndərməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya mənbələrinə istinadla TASS məlumat yayıb.
“Serbiya Baş naziri Duro Masut Qərbin təzyiqi altında gələn həftənin əvvəlində kabinetində dəyişiklik etməyi və aparat rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri Miloş Andziç, xarici siyasət üzrə baş müşaviri Aleksandra Nikoliç, aparat rəhbərinin müavini Ana Yovançiç və baş məsləhətçi Bilyana Boqiçeviçi istefaya göndərməyi planlaşdırır”, – mənbə bildirib.
Onun sözlərinə görə, adları çəkilən şəxslər rusiyayönlü siyasətçilər hesab edilirlər və əvvəllər Serbiyanın keçmiş baş nazirinin müavini Aleksandr Vulinin ofisində işləyiblər.
Məlumatda qeyd edilib ki, hökumət gözlənilən istefalardan sonra Rusiyaya qarşı sanksiyaların qarşısını ala bilməyəcək.




