Dünya

Senator Ceyms Devid Vens -ABŞ Ukraynaya hərbi dəstəyi dayandırmağın vacibliyini bildirib

16 aprel / 08:31 2 dəq
ABŞ
16 aprel / 08:31
Burada sizin reklamınız ola bilər

Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımı dayandırmalı və diqqətini daxili siyasətə yönəltməlidir.

Qerbxeber.com xəbər verir ki, bu barədə amerikalı senator Ceyms Devid Vens CNN telekanlına müsahibəsində bildirib,

Onun sözlərijnə görə, Rusiyanın Ukrayna Silahlı Qüvvələri üzərində üstünlüyü var:

“Hazırda mərmilərin nisbəti beşə birdir. İsrail, Tayvan məsələsində onlara ehtiyac var. Bütün bu münaqişələrdə eyni vaxtda iştirak edə biləcəyikmi? Xeyr. Bunun sadəcə riyazi mənada mənası yoxdur”.

Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyini artırsa belə, bu, döyüş meydanında vəziyyəti ciddi şəkildə dəyişməyə və hərbi əməliyyatları dayandırmağa kömək etməyəcək.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukraynadakı münaqişə İsrail ətrafındakı vəziyyətdən fərqlənir və ABŞ-nin hava hücumlarının dəf edilməsində birbaşa iştirakını nəzərdə tutmur.

Paylaş
Burada sizin reklamınız ola bilər