Dünya

Şarl Mişel: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müzakirəsini davam etdirdik”

2 iyun / 09:45 1 dəq
82ea7df8 0c83 3373 8b0c d25f301f5e8a
2 iyun / 09:45
Burada sizin reklamınız ola bilər

“Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdəki hesabına yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə geniş müzakirəmiz oldu”, – Ş.Mişel vurğulayıb.

Şarl Mişel qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir.

“Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik.

Oktyabrda Qranadada EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik”, – Avropa İttifaqı Şurasının rəhbəri əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər