Şarl Mişel: Aİ adından Azərbaycan-Ermənistan dialoqunun baş tutması üçün hər şeyi etməyə çalışdım
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etiraf edib ki, o, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun asanlaşması üçün Aİ adından mümkün olan hər şeyi etməyə çalışıb.
Qerbxeber.com xəbər verir ki, o bu barədə Oksfordda Avropa Siyasi Birliyinin IV Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Brüssel son aylarda iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü görüb”, – deyə o əlavə edib.




