Kateqoriyasız

Saleh Məmmədov Gəncədə vətəndaşları qəbul edib

25 aprel / 16:07 1 dəq
Cd87dc91 a88b 33de b3a1 b77d735c40b2 850
25 aprel / 16:07
Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Gəncədə vətəndaşları qəbul edib.

Qerbxeber.com agentliyə istinadən xəbər verir ki, qəbulda Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər