Sahil Babayevə daha bir dövlət vəzifəsi verildi – Federasiya Prezidenti olacaq
Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
“Qərb Xəbər” bildirir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
Bildirək ki, hazırda Sahil Babayev həm də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini yerinə yetirir.




