İqtisadiyyat

Sahibkarlar 5 milyondan çox ixrac təşviqi alıb

19 iyun / 12:08 1 dəq
E67bfed6 c245 4d10 8a00 c5205a619db9
19 iyun / 12:08
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-may aylarında Azərbaycan sahibkarlarına 5,042 milyon manat ixrac təşviqi ödənilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.

O, həmçinin qeyd edib ki, bu ilin iyul ayında Azərbaycandan İsveçrəyə ixrac missiyası təşkil ediləcək və biznes-forum keçiriləcək. Bundan başqa, gələn ay Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi açılacaq.

“Bu ilin sonuna qədər Qazaxıstanın Nursultan şəhərində Azərbaycan Ticarət Evinin, eləcə də Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır”, – deyə o, qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər