Şagirdlər sinifdə maska taxmalıdır, yoxsa yox?
“Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır”.
“Qərb Xəbər”in məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, valideynlər istəyirlərsə, şagirdin maska taxmasını təmin edə bilərlər: “Bununla bağlı bir məcburiyyət yoxdur”.




