Sosial

Sabahın hava proqnozu açıqlanıb

8 iyul / 13:29 1 dəq
Ee5b3c69 3330 4fa4 b78a 17c235975845
8 iyul / 13:29
Burada sizin reklamınız ola bilər

İyulun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər