Bölgə xəbərləri

Sabah məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayır

8 avqust / 15:25 1 dəq
Indir 2023 08 08T152531.105
8 avqust / 15:25
Burada sizin reklamınız ola bilər

Sabah saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.

Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər