Dünya

Sabah Çin və Mərkəzi Asiya ölkələrinin XİN başçıları görüşəcək

25 aprel / 15:45 1 dəq
6447ad951c2006447ad951c20116824190936447ad951c1fe6447ad951c1ff
25 aprel / 15:45
Burada sizin reklamınız ola bilər

26-27 aprel tarixlərində Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Həmçinin nazirlər müxtəlif sahələrdə altıtərəfli əməkdaşlığın perspektivlərini, nəqliyyat və logistika infrastrukturu sahəsində əlaqələrin gücləndirilməsi, Mərkəzi Asiya ölkələrindən Çinə kənd təsərrüfatı məhsullarının ixracının artırılması, elektron ticarətin inkişafı kimi məsələləri müzakirə edəcəklər.

Eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə xüsusi diqqət yetirələcək.

Paylaş
Burada sizin reklamınız ola bilər