Saakaşviliyə bu gün Polşanın Prometey Mükafatı təqdim ediləcək
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşviliyə bu gün Polşanın ən ali mükafatlarından olan Prometey Mükafatı təqdim ediləcək.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin “Facebook” hesabındakı paylaşımda bildirilib. Məlumata görə, mükafat Saakaşviliyə azadlıq uğrunda mübarizəyə verdiyi töhfələrinə görə təqdim ediləcək.




