Saakaşvilinin seçkilərdə baş nazirliyə namizəd olması istisna edilib
Gürcüstanın üçüncü prezidentinin anası Giuli Alasaniya 2024-cü il seçkiləri zamanı “Milli Hərəkat” partiyasının baş nazir namizədi Mixeil Saakaşvili ola biləcəyi ilə bağlı yayılan məlumatları istisna edib.
“Qərb Xəbər” bildirir ki, bununla bağlı Alasaniya açıqlama verib.

Onun sözlərinə görə, keçmiş prezident Gürcüstan siyasətinə qayıtmağı planlaşdırmır.
“Şəxsən mən bunu istisna edirəm. Əvvəla, onun Gürcüstanda siyasətə qarışacağını gözləmirəm, düşünmürəm.
Onun səhhətində o qədər də yaxşılaşma yoxdur, görmə qabiliyyəti zəifdir və əlavə müayinənin olacağını gözləyirik”, – deyə o TV Pirveli-yə söyləyib.
InterPress.ge




