Bölgə xəbərləri

Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

13 sentyabr / 09:58 1 dəq
Fec90337 5f4d 3284 8b36 d7f1bda09c87
13 sentyabr / 09:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, – “Caliber” vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər