Bölgə xəbərləri

Şəmkirli Vətən müharibəsi şəhidinin qız övladı doğulub

25 mart / 14:20 1 dəq
8d3ee631 779c 3bf3 9f23 1fdd8a829328
25 mart / 14:20
Burada sizin reklamınız ola bilər

Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.

Reportun məlumatına görə, şəhidin doğum günündə dünyaya göz açan körpənin və anasının səhhəti yaxşıdır.

Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub.

Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər