Şəmkirin yeni təmir olunmuş küçələrində rənglənmə işləri aparılıb
Şəmkir şəhərində park və xiyabanların, küçələrin işıqlandırılması və təmizliyi ilə bağlı yeni layihələr həyata keçirilir.
“Qərb Xəbər” bildirir ki, Şəmkir rayonunda aparılan abadlıq-quruculuq işlərinin bir parçası olaraq şəhərin yeni asfalt örtüyü çəkilmiş və təmir olunmuş küçələrində rənglənmə işləri aparılır, bəzi mərkəzi küçələrdə isə divar örtüyü təmir olunur.
Qeyd edək ki, layihə üzrə mərhələli şəkildə şəhərin bütün küçələrində abadlıq-quruculuq işləri aparılacaqdır.




