Şəmkir

Şəmkirin bu qəsəbəsi iki gün işıqsız qaldı – Niyə?

2 sentyabr / 12:21 1 dəq
407906036
2 sentyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Avqustun 30-31-i Şəmkir rayonunun Zəyəm qəsəbəsinin böyük bir hissəsində elektik enerjisinin verilməsində problemlər yaranıb.

“Bölgənin səsi” saytının əldə etdiyi məlumata görə, bununla bağlı qəsəbə sakinləri dəfələrlə Şəmkir Elektrik Şəbəkəsinə müraciət edib. Onlara bildirilib ki, yağıntılar nəticəsində havada rütubətlilik  yaranıb. Bu da elektrik naqillərinə təsir göstərib, ona görə də qəsəbənin yarısı işıqsız qalıb.

İki mindən çox əhalisi olan qəsəbənin elektrik enerjisi yalnız iki gün sonra, yəni dünən elektrik enerjisinin verilməsi bərpa olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər