Bölgə xəbərləri

Şəmkirdə valyutadəyişmə məntəqəsində partlayış zamanı 2 nəfər yaralanıb

6 yanvar / 09:48 1 dəq
16729328214316919839 1000x669
6 yanvar / 09:48
Burada sizin reklamınız ola bilər

Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması nəticəsində 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verdiyi məlum olub.

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər