Bölgə xəbərləri

Şəmkirdə və Gədəbəydə dərmandan zəhərlənənlər var

29 yanvar / 03:56 1 dəq
63d5428ac253663d5428ac2537167492058663d5428ac253463d5428ac2535
29 yanvar / 03:56
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yeniyetmə qız dərmandan zəhərlənib.

“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 17 yaşlı qız yaşadığı evdə dərman içərək özünü zəhərləyib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Digər hadisə Gədəbəyin Zəhmət kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü A.Şəfiyə dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Qadın hansı səbəbdən dərman içməsi məlum deyil. Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər