Hadisə

Şəmkirdə toyda mübahisə düşüb, 2 nəfər bıçaqlanıb

6 fevral / 09:36 1 dəq
Bıçaqlanma
6 fevral / 09:36
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.

“Qərb Xəbər”in xəbərinə görə görə, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.

Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmməd Məmmədli isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər