Hadisə

Şəmkirdə sərxoş kişi özünə xəsarət yetirib

26 aprel / 09:29 1 dəq
Indir 2023 04 26T093100.888
26 aprel / 09:29
Burada sizin reklamınız ola bilər

Şəmkir sakini özünə kəsici alətlə xəsarət yetirib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əkbər Bağırov bədənin müxtəlif hissəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onun yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Ə.Bağırov sərxoş vəziyyətdə özünə xəsarət yetirib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər