Bölgə xəbərləri

Şəmkirdə Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub

29 sentyabr / 10:05 2 dəq
3d413026 ba68 384c 91f9 a6212e8330ad
29 sentyabr / 10:05
Burada sizin reklamınız ola bilər

Şəmkirdə Vətən müharibəsi Anım Günü münasibətilə Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.

“Qərb Xəbər” “Report”a istinadən bildirir ki, kompleks Vətən müharibəsinin Anım Günü ilə bağlı Birinci və İkinci Qarabağ müharibəsində, Aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq inşa edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda şanlı Azərbaycan bayrağını Bayraq Meydanından Şəhidlər xiyabanına gətiriblər.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub, RİH başçısı tərəfindən önünə əklil qoyulub.

 

Paylaş
Burada sizin reklamınız ola bilər