Bölgə xəbərləri

Şəmkirdə qaynata kürəkənini bıçaqla öldürdü

6 sentyabr / 12:38 1 dəq
Bıçaqlanma
6 sentyabr / 12:38
Burada sizin reklamınız ola bilər

Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qerbxeber.com-a Şəmkir Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər