Şəmkirdə qanvermə aksiyası keçirilib
Şəmkir sakinləri hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə ilə aksiyaya qoşulublar.
“Qərb Xəbər” məlumat verir ki, aksiyada 200-ə yaxın insan donor qismində iştirak edib.
Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.




