Bölgə xəbərləri

Şəmkirdə qəzada bir ailənin 4 üzvü xəsarət alıb

17 avqust / 09:51 1 dəq
Images (2)
17 avqust / 09:51
Burada sizin reklamınız ola bilər

Şəmkirdə avtomobil qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun “Kıraz yolu” adlanan avtomobil yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, bir ailənin 4 üzvü – 1989-cu il təvəllüdlü L.Qurbanova, 2009-cu il təvəllüdlü N.Qurbanov, 2011-ci il təvəllüdlü R.Qurbanov və 1985-ci il təvəllüdlü N.Qurbanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı digər avtomobildə olanlar ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər