Ağstafa

Şəmkirdə Qərb bölgəsi arıçılarının 10-cu yığıncağı keçirilib

17 fevral / 19:54 2 dəq
17 fevral / 19:54
Burada sizin reklamınız ola bilər

Qərb bölgəsində fəaliyyət göstərən arıçıların ənənəvi aylıq yığıncağı bu gün Şəmkir rayonunda baş tutub.

Qerbxeber.com xəbər verir ki, sayca onuncu olan bu görüşdə əsasən Arıxanalara mövsümə uyğun qulluq,yeni innovasiyalar, dərman pereparatları barədə məlumat verildi.

Azərbaycan Kredit və İnkişaf Agentliyinin və “Bank Respublika”nın nümayəndəsi Elman Kərimov arıçılara və fermerlərə güzəştli və sərfəli sərtlərlə aqrar kreditlərin verilməsi barədə ətraflı məlumat verdi.

Yeni arıçılıq avadanlıqlarının və peraparatların tətbiqi barədə Qəzənfər Yusifov və Nemət Yəhyayev ətraflı çıxış etdilər.

Peşəkar arıçılar Mübariz Cəfərov,Fizuli Verdiyev və Xəyal Qarayev arılara carı qulluq, qışlama və yeni mövsümə hazırlıqla bağlı geniş çıxış etdilər.

Azərbaycan Arıçılar Asosasiyasının mətbuat katibi Elvin Bayramlı AAA-nın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verdi.

Paylaş
Burada sizin reklamınız ola bilər