Hadisə

Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib

15 fevral / 14:17 1 dəq
Indir 2025 02 15t141541.221
15 fevral / 14:17
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda üç nəfərdən odlu silahlar və narkotik götürülüb.

Qerbxeber.com məlumatına görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.

R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər