Şəmkirdə mağaza yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Küçədə yerləşən 1 mərtəbəli “BakuElectronics” mağazasının mətbəxində yanğın olub. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.




