Bölgə xəbərləri

Şəmkirdə koronavirus xəstəsi məsuliyyətə cəlb olunub

14 yanvar / 12:05 1 dəq
0137090d 58dd 3d61 9061 9f1ce177f66c
14 yanvar / 12:05
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Report-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Təzəkənd kənd sakin Vəli Cabbarzadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək müəyyən olunan tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər