Bölgə xəbərləri

Şəmkirdə iki əmioğlunu bıçaqlayan şəxs saxlanıldı

29 iyul / 10:40 1 dəq
Bıçaqlanma
29 iyul / 10:40
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın  məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, əmi oğlanları olan həmin şəxsləri həmyerliləri olan Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov aralarında baş verən münaqişə zəminində bıçaqlayıb.

Qerbxeber.com xəbər verir ki,hadisədə şübhəli bilinən E. Hüseynov Polis tərəfindən saxlanılaraq,istintaqa təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər