Bölgə xəbərləri

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub

30 noyabr / 11:23 1 dəq
638701477f4ed638701477f4ee16697920711f69dd9713e701f7e80d67e821856833
30 noyabr / 11:23
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yanğın hadisəsi baş verib.

“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınb. Yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər