Bölgə xəbərləri

Şəmkirdə “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsi başlayıb

7 avqust / 12:25 2 dəq
LOQO ŞQRMİB
7 avqust / 12:25
Burada sizin reklamınız ola bilər

Azərbyacan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsinə start verilib.

“Qərb Xəbər”in məlumatına görə, layihə Şəmkir Qadın Resurs Mərkəzi tərəfindən Şəmkir rayonunda icra olunacaq. 

Layihənin əsas məqsədi  pandemiya ilə əlaqədar olaraq  bir neçə aztəminatlı ailələrin sosial və həssas qrupların, əlilliyi olan şəxslərin və s. müəyyən qədər yaşam tərzlərinin yaxşılaşdırılması üçün sosial xidmət, ərzaq, gigienik və tibbi yardımlarla təmin edilməsinə  köməklik göstərməkdir. 

Aztəminatlı ailələrin sosial və həssas qrupları, əlilliyi olan şəxslər üçün pandemiya ilə mübarizə istiqamətində məsləhətlər vermək, praktik köməklik göstərmək, məlumatlanma üçün çap materialları hazırlamaq, insan sağlamlığının qorunması üçün məsləhətlər vermək üçün həkimləri dəvət etmək, yerlərdə monitorinqlər təşkil etmək  layihənin prioritet sahələrindən biridir. 

Pandemiyanın qarşısının alınması üçün insanlar arasında geniş təbliğat aparılamsı və daha çox  yaşlı nəsllərin virusdan uzaqlaşdırılması üçün təbliğat vasitələrindən istifadə etmək  hədəflərimizdən biridir.  

Layihənin icrası zamanı təcrübəli həkimlərin məsləhətlərindən istifadə etməyi zəruri hesab edirik.  Evlərdə özünü müalicənin  əhəmiyyəti və həyata keçirilməsisndə məlumatlandırmaların aparəlmadsında QHT nümayəndələrinin maarifləndirilməsi də planlaşdırılır. 

Layihənin uğurla həyata keçirilməsi üçün yerli media ilə sıx əməkdaşlıq etməyi də planlaşdırırlıq.

Paylaş
Burada sizin reklamınız ola bilər