Bölgə xəbərləri

Şəmkirdə bir nəfəri avtomobil vuraraq öldürüb

17 noyabr / 14:45 1 dəq
Teleqraf.com1411032963thumb meyid
17 noyabr / 14:45
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Yeni Həyat kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki, Yeni Həyat kəndində yolun kənarında naməlum kişi meyitinin tapılması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyitin, 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub”, – o deyib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər