Şəmkirdə ağır yol qəzası olub – ölən və yaralananlar var
Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
Reportun məlumatına görə, xəsarət alanlar “QAZel” markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.
Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, “QAZel” markalı kiçik tutumlu yük maşınınla “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.




