Hadisə

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

18 iyul / 09:02 1 dəq
Indir 2023 07 18T090149.634
18 iyul / 09:02
Burada sizin reklamınız ola bilər

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər