Hadisə

Şəmkirdə 39 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

21 fevral / 09:45 1 dəq
Bıçaqlanma
21 fevral / 09:45
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Morul yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Şəmi Bağırov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 39 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər