Bölgə xəbərləri

Şəmkirdə 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

17 noyabr / 09:10 1 dəq
Indir 2022 11 17T091030.380
17 noyabr / 09:10
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb, vəziyyətləri ağırdır.

“Qərb Xəbər”in məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü E.İsmayılov və 2004-cü il təvəllüdlü N.Cəfərova qaldıqları evin yataq otağında ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanğının E.İsmayılovun çəkdiyi siqaretin yatağına düşməsi nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər