Ağstafa

Şəmkir, Tovuz və Ağstafada şimşək çaxıb, intensiv yağış yağıb

13 aprel / 17:50 2 dəq
Hava kulc999k2
13 aprel / 17:50
Burada sizin reklamınız ola bilər

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Sel: Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib.

 

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Dolu: aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13²⁸-də  Şəki rayonuna xırda dolu düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər